Vikipediya — Vikipediya
Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Bu məqalə onlayn ensiklopediya haqqındadır.
Vikipediyanın ana səhifəsi üçün bax:
Ana səhifə
Azərbaycandilli Vikipediya üçün bax:
Azərbaycanca Vikipediya
Bu məqalədəki məlumatların
yoxlanıla bilməsi
üçün əlavə mənbələrə ehtiyac var
Lütfən, məqaləyə
etibarlı mənbələr
əlavə edərək
onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün
məqalənin müzakirə səhifəsinə
diqqət yetirə bilərsiniz.
Vikipediya
URL
wikipedia.org
Tipi
Vikimedia layihəsi
Dilləri
çoxdilli
[d]
Proqramlaşdırma dili
PHP
Serverin yeri
Eşbern
[d]
San-Fransisko
Dallas
Kerrolton
[d]
Çikaqo
Amsterdam
Sinqapur
Sahibi
Vikimedia Fondu
Müəllif (lər)
Vikipediya cəmiyyəti
Cimmi Uels
Larri Senger
Redaktor
Vikipediya cəmiyyəti
Açılma tarixi
15 yanvar
2001
Alexa
reytinqi
(2023)
Vikianbarda əlaqəli mediafayllar
Vikipediya
ing.
Wikipedia
) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində
viki
texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan
ensiklopediya
. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə
Viki texnologiyası
ilə işləyən ən nəhəng layihə Vikipediya (
ing.
Wikipedia
) – azad onlayn ensiklopediyasıdır.
Tarixi
redaktə
vikimətni redaktə et
Əsas məqalə:
Vikipediya tarixi
Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senger və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən
Cimmi Uels
Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu
Nupediya
(NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı.
İngilis dilində
yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını
alim
və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində
İnternetdə
fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr
könüllü
İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.
Fəlsəfəsi
redaktə
vikimətni redaktə et
Vikipediyanın yaradıcıları — Cimmi Uels və
Larri Senger
tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə,
ingilis dilində olan Vikipediya
dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur.
İnformasiyanı azad paylaşmaq prinsipi hələ Tim
Tim Berners-Li
tərəfindən 1989-cu ildə veb texnologiya (World Wide Web) yaradılarkən nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən ilk yaradılan səyyar (browser) həm veb səhifələrini göstərmə, həm də onları redaktə etmə imkanına malik idi. Lakin sonrakı dövrdə internetin daha çox elektron kommersiya istiqamətində inkişaf etməsi veb mediasını ilkin fəlsəfəsindən uzaqlaşdırdı. Tim Berners-Linin özünün də etiraf etdiyi kimi, 2005-ci il ideyasının həyata keçdiyi il kimi yadda qaldı. Belə ki, məhz bu il fikirlərini və biliklərini paylaşmaq arzusunda olan milyonlarla yaradıcı insan bloqlar, vikilər və podkastlar vasitəsilə internetdə tsunami meydana gətirmişdir. Oxuduğunuz bu məqalə də episentri uzaqda olan bu tsunaminin bizə gəlib çatan kiçik bir dalğasıdır.
Xüsusiyyətləri
redaktə
vikimətni redaktə et
Vikipediya qeyri-hökumət təşkilatı olan
Vikimedia Fondu
tərəfindən yaradılmış Onlayn ensiklopediyadır. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin (NPOV — Neutral Point Of View) qorunmasıdır. Yəni burada "…ən gözəl şəhər Bakıdır" kimi şəxsi mülahizələr qeyd edilməməlidir.
Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn,
Dağlıq Qarabağ
münaqişəsi mövzusuna dair Vikipediyanın azərbaycanlı və erməni istifadəçiləri arasında qızğın fikir mübadiləsi gedir, müzakirələr açılır. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız belə müzakirələr və Vikipediya arbitrlarının qərarı müəyyən edə bilər. Məsələn, soydaşımız Təbib Hüseynov Dağlıq Qarabağla əlaqəli belə bir "məhkəməni" udub. Lakin digər mövzularda azərbaycanlı və erməni vikipediyaçılar arasında müzakirələr
ingilis
fransız
rus
türk
dillərində olan Vikipediyalarda hələ də davam edir.
Məqalələrin yaradılması
redaktə
vikimətni redaktə et
Vikipediyada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın yaradılması, keçid əlavələri, şəkillərin əlavə edilməsi, şablonlar və digər funksiyalar avtomatlaşdırıldığından məqalələri qısa müddət ərzində asanlıqla yaratmaq mümkündür. Təsadüfi deyil ki, havaylıların dilində wiki (wihiwihi) sözü "tez", "cəld" mənasını verir.
Hər zaman neytral nəzər nöqtəsindən çıxış edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu idarəçilərin və oxucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mənbələri xarici keçidlər vasitəsilə "Mənbə", "Xarici keçidlər", "İstinadlar" başlıqlı bölüm(lər)də sadalayın.
Günümüzdə aktual olmayan, lakin bir neçə il sonra ciddi problemlərə səbəb ola biləcək daha bir vacib məqam müəllif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmağını istəmirsinizsə, ən azı müəllifinin adını qeyd edin.
Yeni məqalə yaratmaq üçün xüsusi
Kömək:Yeni məqalə yarat
səhifəsində başlığı daxil edib, "Məqalə yarat" düyməsini seçin. Seçdiyiniz başlıqlı məqaləni redaktə etmək üçün digər səhifəyə keçəcəksiniz. Burada məqalənin mətnini daxil edib "Səhifəni qeyd et" düyməsini seçməklə onu Vikipediyaya daxil edin.
Vikipediyanın bütün imkanlarını öyrənmək istəyirsinizsə "Ədəbiyyat" bölümündəki ingilis və rus dilində bənzər məqalələrə müraciət edə bilərsiniz.
Proqram təminatı
redaktə
vikimətni redaktə et
Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmi kimi
CMS MediaWiki
sistemi istifadə olunur. CMS istifadəçi ilə
veb-sayt
arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur ("MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır).
MediaWiki proqramı
alman
tələbəsi Manqus Manke tərəfindən xüsusi Vikipediya üçün yazılmışdır. Əvvəl
Perl
dilində yazılmış
UseModWiki
proqramı istifadə edilirdisə, sonralar proqramın
PHP
dilində yazılması qərara alınır və
MediaWiki
adlandırılır.
CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında
veb-səhifələr
yaradılır. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:
Veb-serverlər
Apache
və ya
IIS
PHP-nin 5.0 və onun yuxarı versiyaları;
Verilənlər bazası
(VB) serveri –
MySQL
4.0 verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) və onun yuxarı versiyaları;
Postgru SQL
8.1 və yuxarı versiyaları.
Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə
LaTeX
Dvips
və
ImageMagick
proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki,
PHP
4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.
CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və
multimedia
faylları ilə də işləyir. Proqram böyük
serverlər
qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki
keşləmə
əməliyyatını dəstəkləyir və
Squid
proksi-serverdən
istifadə edir.
Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistemdən GNU lisenziyası əsasında
Wikimedia Foundation Inc.
qeyri-hökumət təşkilatı
tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlanır. Wikimedia Foundation Inc. qeyri kommersiya təşkilatı 2003-cü ilin 20 iyun tarixində
Cimmi Uels
tərəfindən yaradılmışdır. Təşkilatın serverləri
ABŞ
Avropa
Cənubi Koreyada
yerləşirlər: 300 server
Floridada
, 26 server
Amsterdamda
, 23 server Cənubi Koreyada. Serverlər MySQL VBİS tərəfindən idarə olunurlar və
metaverilənlər
də daxil olmaqla əsas informasiyaları özlərində saxlayırlar. Mətnlər Apache
HTTP
serverlərdə saxlanılır. Apache serverlər istifadəçilərin sorğuları əsasında VB-dan informasiyanı əldə edir və MediaWiki proqramı vasitəsilə istifadəçilərə göndərirlər. Qeydiyyatdan keçməyən istifadəçilərin sorğuları və eləcə də təkrar sorğular Squid serverlər tərəfindən emal edilir. Onların effektivliyi Apache serverlərinin effektivliyinin 75%-ni təşkil edir.
MediaWiki İnternet üçün nəzərdə tutulmuş digər proqram təminatları kimi səhvlər və təhlükəsizlik problemlərinə malikdir. Odur ki, təhlükəsizlik tam təmin olunmursa və nəzarətdə saxlanılmırsa MediaWiki proqramının yüklənməsi məsləhət görülmür. Bunu nəzərə alaraq Vikipediya serverləri yüksək təhlükəsizlik sistemləri ilə təmin olunmuşlar. ABŞ-nın Florida ştatında yerləşən serverlərin təhlükəsizliyi və işi üçün Wikimedia Foundation Inc. qeyri-hökumət təşkilatı tərəfindən hər il yüz minlərlə dollar vəsait ayrılır. Məsələn, 2005–2006-cı illərdə aparat təminatının təzələnməsi üçün 430 min dollar, hostinqə isə 200 min dollar vəsait xərclənmişdir. Təşkilat bu vəsaiti İnternet istifadəçilərinin könüllü göndərdikləri pullar hesabına əldə edir.
Mənfi cəhətləri
redaktə
vikimətni redaktə et
Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:
Veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və onların da müəyyən hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
İstifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın, sistemliliyin pozulma hallarının olması və s.
Ədəbiyyat
redaktə
vikimətni redaktə et
Wikipedia:
How to edit a page
(Rusca:
Как править статьи
Vikipediyanın tarixi
Vikipediyanın banisi Jimmi Uelsin müsahibəsi
Web Founder Tim Berners-Lee’s Blog
Arxivləşdirilib
2005-12-24 at the
Wayback Machine
İstinadlar
redaktə
vikimətni redaktə et
The Business of Wikipedia: How Jimmy Wales Built the Free Encyclopedia
2016.
Ferrari
L.
D., Aitken
S., Hemert
J.
v., Goryanin
I.
WikiSim
(ing.)
ACM
, 2010.
doi:10.1145/1822258.1822303
Wikipedia //
Encyclopædia Britannica
(ing.)
Democracy Dies in Darkness
Alexa Internet
Xarici keçidlər
redaktə
vikimətni redaktə et
Vikipediyada bizə qarşı informasiya savaşı
Arxivləşdirilib
2011-01-05 at the
Wayback Machine
Library.ict.az – AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R. M. Əliquliyev, sektor müdiri, İ. Y. Ələkbərova, sektor müdiri R. T. Qasımova, "
İnternetdə kollektiv bilik və Viki texnologiyası
", AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
ölü keçid
Həmçinin bax
redaktə
vikimətni redaktə et
Vikipediya:KİV Vikipediya haqqında
Azərbaycanca vikipediya
Vikipediya inzibatçıları
Vikipediya
Əsasları
Senzura
Maraqların toqquşması redaktələri
siyasi redaktə qalmaqalları
Tənqidi
Qərəzlər
gender
coğrafi
ideoloji
irqi
Deletion of articles
silinmə və inklüzivizm
ensiklopediklik
Bütün qaydaları rədd et
MediaWiki
Plagiarism
Layihənin dayandırılması proqnozları
Etibarlılıq
Faktların yoxlanması
Mənbə göstərilməlidir
Vandalizm
İcma
İnzibatçılar
AfroCrowd
Arbitraj Komitəsi
Art+Feminism
Botlar
Lsjbot
Redaktə sayı
Vikipediyaların siyahısı
The Signpost
İlin vikimediaçısı
Viki-rezident
Vikilayihə
Women in Red
Tədbir
Edit-a-thon
Wiki Conference India
Wiki Indaba
WikiConference North America
Vikimaniya
Viki Sevir
Yer
Folklor
Abidələr
Prayd
İnsanlar
Əsra Şafəyi
Florens Devuar
Syu Qardner
Ceyms Heylman
Məryana İskəndər
Darius Yemelnyak
Rebeka MakKinnon
Ketrin Mar
Maqnus Manske
İra Brad Matetski
Erik Möller
Jason More
Racu Narisetti
Stiven Pruit
Larri Senger
Mariya Sefidari
Lisa Qruel
Rozi Stivenson
Layla Tretikov
Cimmi Uels
Tarixi
Bomis
Nupediya
İlk redaktə
Loqo
Internet Watch Foundation
Sayentologiya
Hillsboro faciəsi barədə Vikipediya redaktələri
VisualEditor
#1Lib1Ref
Vikimedia Fondunun Çincə Vikipediyadakı fəaliyyətləri (2021)
Mübahisələr
Essjay skandalı
Henrik Batuta
Jar'Edo Wens
Sayqentaler bioqrafiyası skandalı
Star Trek Into Darkness
müzakirəsi
ABŞ Konqresinin Vikipediyadakı redaktələri
Zhemao mistifikasiyası
Əhatəsi
ABŞ siyasəti
Donald Tramp
COVID-19 pandemiyası
Rusiyanın Ukraynanı işğalı
Şərəfinə adlandırmalar
274301 Vikipediya
Vikipediya abidəsi
İstinadlar
və analiz
Akademik araşdırmalar
Biblioqrafiya
Mədəniyyət
Filmlər
Listen to Wikipedia
Wikipediocracy
Mobil
Tətbiqlər
QRpedia
Wapedia
Wikipedia Zero
WikiReader
Wikiwand
Məzmunun istifadəsi
DBpedia
Depths of Wikipedia
Google və Vikipediya
Tibbi məlumatlar
Kiwix
Elmi məlumatlar
Wikimedia Enterprise
Əlaqəli
Ölüm və Vikipediya
İraq Müharibəsi: Vikipediya dəyişikliklərinin tarixşünaslığı
LGBT və Vikipediya
Magna Carta (An Embroidery)
Vikipediyadakı redaktələrinə görə həbs olunan şəxslərin siyahısı
Print Wikipedia
Viola angustifolia
Viki dovşan yuvası
Vikimedia Fondu
Vikimedia hərəkatı
Ümumdünya İrsində Vikipediya
Vikipediya Hindistanda
Vikiyarış
Onlayn ensiklopediyaların siyahısı
Vikilərin siyahısı
Siyahı
Kateqoriya
Vikimedia Fondu
Layihələr
Vikipediya
Vikilüğət
Vikikitab
Vikixəbər
Vikiversitet
Vikianbar
Vikisitat
Vikimənbə
Vikinövlər
Vikidata
Vikisəyahət
MetaViki
Vikifunksiyalar
Müəlliflər
Cimmi Vels
Larri Senger
Vikilər
Növləri
Fərdi
Tibbi
Semantik
Komponentlər
Proqram
Siyahılar
LocalWikilərin siyahısı
Vikilər
Proqram
Vikipediyaların siyahısı
Vikilüğətlərin siyahısı
Müqayisələr
Proqram
Hostinq
Məşhur vikilər
Ballotpedia
Biographicon
Book Drum
Chalo Chatu
Conservapedia
DavisWiki
Diplopedia
Emojipedia
Encyclopedia Dramatica
Engineering and Technology History Wiki
Family History Research Wiki
Gene Wiki
Geo-Wiki
Giant Bomb
Gynopedia
The Hidden Wiki
Intellipedia
LocalWiki
Namuwiki
Open protein structure annotation network
OpenSym
RationalWiki
Resistance Manual
Rigveda Wiki
Sky-Map.org
TV Tropes
Uncyclopedia
WikiArt
WikiFactor
Wikifonia
wikiHow
Wikiloc
Vikimaniya
Vikipediya
WikiProfessional
Wikiprogress
Wikirating
WikiStage
Wikistrat
WikiTribune
Wowpedia
Hostinq servisi
Confluence
Fandom
PBworks
Wetpaint
Həmçinin bax
Vikilər və təhsil
Tarixi
Creole
.wiki
Mənbə — "
Kateqoriyalar
Əlifba sırasına görə saytlar
2001-ci ildə yaranan saytlar
Vikipediya
Ensiklopediyalar
Veb 2.0
15 yanvardakı hadisələr
2001-ci ildə ABŞ-də yarananlar
Universal ensiklopediyalar
Vikipediya tarixi
Vikilər
Gizli kateqoriyalar:
Vikipediya:Mənbə azlığı olan məqalələr
Vikipediya:Vikidatada mənbələri olan məqalələr
Vikipediya
Mövzu əlavə et
US